• şənbə, 27 Aprel, 06:36
  • Baku Bakı 12°C

Stavropol vilayətindən gələn nümayəndə heyəti STP-də olub

07.04.17 21:30 780
Stavropol vilayətindən gələn nümayəndə heyəti STP-də olub
Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyasının Stavropol vilayətinin qubernatorunun müavini, vilayətin iqtisadi inkişaf naziri Andrey Murqanın başçılıq etdiyi nümayəndə heyətiSumqayıt Texnologiyalar Parkında (STP) olub.
STP-nin baş direktoru Emin Məmmədov qonaqlara Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkında yaradılmış istehsal sahələrinin potensialı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsidir.
Qonaqlar əvvəlcə hazırda fəaliyyət göstərən zavodlarla tanış oldu, onlara istehsal prosesi haqqında ətraflı məlumat verildi. Bildirildi ki, qısa müddətdə Cənubi Qafqazda unikal müasir texnopark yaradılıb. Artıq 17 zavod işə salınıb və qısa bir zamanda daha üç müəssisə də istifadayə veriləcək.
Daha sonra nümayəndə heyəti ilə ikitərəfli görüş keçirildi. Texnoparkın baş direktoru gələcəkdə STP-nin məhsullarının Stavropol bazarına çıxarılması perspektivləri, iqtisadi əməkdaşlıq əlaqələri haqqında danışdı. İstehsal prosesi ilə bağlı qonaqları maraqlandıran sualları cavablandırdı.
Nümayəndə heyətinin rəhbəri Andrey Murqa qonaqpərvərliyə görə minnətdarlığına bildirdi. Müəssisənin iş prosesini maraqla izlədiklərini və Sumqayıt Texnologiyalar Parkının onlarda xoş təəssürat yaratdığını qeyd etdi. Azərbaycan ilə Rusiyanın Stavropol vilayəti arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən qeyri-neft sektorunda daha da inkişaf etdirilməsi üçün böyük potensialın və qarşılıqlı marağın olduğunu vurğuladı. STP rəhbərliyini ilin sonunda Stavropol vilayətində keçirilməsi planlaşdırılan Rusiya-Azərbaycan biznes forumunda iştirak etməyə dəvət etdi.
banner

Oxşar Xəbərlər