• cümə, 26 Aprel, 16:05
  • Baku Bakı 23°C

Son 65 ildə ilk dəfə Türkiyə prezidenti Yunanıstana səfər edəcək

23.11.17 15:20 2253
Son 65 ildə ilk dəfə Türkiyə prezidenti Yunanıstana səfər edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfər edəcək. Trend-in məlumatına görə, bunu Türkiyə baş nazirinin müavini Hakan Çavuşoğlu deyib.
Onun sözərinə görə, bu səfər iki ölkə tarixində mühüm hadisədir, belə ki, son 65 ildə Türkiyənin heç bir prezidenti Yunanıstana səfər etməyib.
H.Çavuşoğlu həmçinin bildirib ki, Türkiyə qonşu ölkə kimi Yunanıstanla münasibətləri inkişaf etdirmək niyyətindədir.
Səfərin vaxtı ilə bağlı isə o qeyd edib: "Türkiyə prezidentinin Yunanıstana səfəri yaxın günlərdə baş tutacaq".
banner

Oxşar Xəbərlər