AZE | RUS | ENG |


SOCAR: Türkmənistan neftinin BTC ilə nəqli davam etdiriləcək, Qazaxıstanla danışıqlar davam edir

SOCAR: Türkmənistan neftinin BTC ilə nəqli davam etdiriləcək, Qazaxıstanla danışıqlar davam edir
"2018-ci il üçün Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə Türkmənistan neftinin ixrac edilməsi ilə bağlı müqavilə bağlanıb".

"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə bildirib.
 
Onun sözlərinə görə, nəql olunan həcmi 3-4 mln. ton təşkil edəcək: "Bu isə Türkmənistan neftinin ixracının təxminən 100%-nə bərabərdir. Bundan əvvəl imzalanan müqavilə isə 2 illik müddəti əhatə edib".
 
Müvafiq müqaviləyə "SOCAR Trading" imza atıb.
 
Qazaxıstan neftinin BTC ilə nəqlinə dair gəldikdə, Ə. Əhmədzadə bildirib ki, bununla bağlı hələlik müqavilə imzalanmayıb, lakin müvafiq danışıqlar aparılır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001