• çərşənbə, 08 May, 07:46
  • Baku Bakı 13°C

Səsi necə tələffüz etməkdən çox şey asılıdır

21.05.20 09:45 776
Səsi necə tələffüz etməkdən çox şey asılıdır
Gözəl nitq qabiliyyəti və diksiya hamıya nəsib olan keyfiyyət deyil. Həmin keyfiyyətlərə malik gözəl səs sahibini dinləmək həmişə xoş duyğular oyadır.
Psixi Sağlamlıq Mərkəzi uşaq reabilitasiya şöbəsinin loqopedi Elvir Mustafazadə AZƏRTAC-a deyib: "Nitq insanın ali psixi funksiyasıdır. İnsanın psixikasını idarə edən nitqdir, yəni psixoloji vəziyyəti, motivasiya, əhval-ruhiyyə, ümumi olaraq nitqdən asılıdır.
Bəzi səsləri düzgün tələffüz etmək səhhətimiz üçün xeyirlidir. Məsələn, "a” və "o” səslərini tez-tez tələffüz etmək orqanizmdəki hüceyrələri aktivləşdirir, "e” hərfi isə neqativ emosiyanı aradan qaldırır. "T” səsini tələffüz etmək ürək və tənəffüs üçün çox xeyirlidir və təzyiqi aradan qaldırır.
"Danışılan sözlərin, edilən tələffüzün hansı formada ifadə olunması müəyyən əhəmiyyət kəsb edir. Elə sözlər var ki, onu necə tələffüz etməkdən çox şey asılıdır. Tələffüz formasından asılı olaraq həmin sözlər xoş və ya bədbin hisslər gətirə bilər. Hər bir hərf insanın ümumi xarakterini göstərir. Hər bir hərfin deyilişi də insanın xarakterinin altında yatan gizli amildir. Məsələn, "r” səsinin kobud və sərt şəkildə səslənməsi tələffüz edənin aqressiyasını bildirir, mülayim şəkildə səslənişi xarakterin daha mülayim və xoş olmasını göstərir”, - deyə loqoped əlavə edib.
banner

Oxşar Xəbərlər