• cümə, 26 Aprel, 11:27
  • Baku Bakı 12°C

Səfir: “İtaliya hökuməti TAP layihəsinin vaxtında tamamlanmasında maraqlıdır”

07.09.17 13:20 787
Səfir: “İtaliya hökuməti TAP layihəsinin vaxtında tamamlanmasında maraqlıdır”
"İtaliyahökuməti TAP layihəsinin vaxtında tamamlanmasında olduqca maraqlıdır”.

"APA-Economics”in məlumatına görə, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib. Onun sözlərinə görə, layihənin nəzərdə tutulan vaxtda tamamlanması üçün bütün lazımi addımlar atılır. Səfir bildirib ki, əsas hədəf 2020-ci ilə qədər TAP layihəsini tamamlamaqdır.

"Azərbaycan bizim üçün, İtaliya da Azərbaycan üçün mühüm ticarət tərəfdaşlarından biridir. Əməkdaşlığımızın əsas göstəricilərindən biri də odur ki, İtaliyada çoxlu sayda azərbaycanlı tələbə təhsil alır. Bu, həm də bizim dostluq əlaqələrimizin möhkəm olduğunu göstərir”, - deyə səfir əlavə edib.
banner

Oxşar Xəbərlər