• çərşənbə axşamı, 19 mart, 09:02
  • Baku Bakı 8°C

Sabunçuda hüquqi maarifləndirmə

24.11.17 15:00 1159
Sabunçuda hüquqi maarifləndirmə
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Hüquqi maarifləndirmə" proqramı çərçivəsində Sabunçu Rayon İcra Hakimiyyəti və Nardaran Bilik Evinin birgə təşkilatçılığı ilə İcra Hakimiyyətinin inzibati binasında "Tikinti qanunvericiliyi: tələblər və reallıqlar” mövzusunda maarifləndirici tədbir keçirilib.
Şəhərsalma və tikinti qanunvericiliyi sahəsində yeniliklərlə bağlı əhalinin maarifləndirilməsi istiqamətində silsilə xarakterli növbəti tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov Bilik Fondu ilə birgə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, bu ənənənin gələcəkdə də davam edəcəyini bildirib.
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev Fondun fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verərək, Azərbaycan Respublikasının Pezidenti cənab İlham Əliyevin şəxsi diqqət və qayğısı nəticəsində paytaxt Bakının dünyanın ən gözəl meqapolislərindən birinə çevrildiyini vurğulayıb.
İ.Vəliyev ölkə başçısının tikinti və şəhərsalma sahəsində indiyədək qəbul edilmiş qanunvericilik aktlarının liberallaşması istiqamətində imzaladığı rəsmi sənədlərin cəmiyyətimizdə razılıqla qarşılandığını, azad sahibkarlığın inkişafı üçün geniş imkanlar yaratdığını qeyd edib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini, Bilik Fondunun Hüquqi maarifləndirmə üzrə Koordinasiya Şurasının üzvü Səyyad Kərimovun "Tikinti qanunvericiliyi: tələblər və reallıqlar” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi şəhərsalma və tikinti məsələlərini tənzimləyən hüquqi aktlardakı yeniliklərdən danışıb, bu normativ hüquqi sənədlərin tətbiqi mexanizmləri barədə iştirakçılara ətraflı məlumat verib.
İnteraktiv şəraitdə keçən tədbirdə iştirakçıların çoxsaylı sualları ətraflı cavablandırılıb.
banner

Oxşar Xəbərlər