• cümə, 26 Aprel, 14:26
  • Baku Bakı 23°C

Rusiyanın rəsmi dövlət mətbuatı Ermənistanı aşağıladı

18.11.17 09:00 2828
Rusiyanın rəsmi dövlət mətbuatı Ermənistanı aşağıladı
Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyaya səfəri və müzakirə olunan məsələlər bu ölkənin mediasının diqqət mərkəzinə düşüb. Əslində hamıya yaxşı məlumdur ki, forpost ölkənin prezidentinin səfərində məqsəd heç də Rusiyada Ermənistan mədəniyyəti günləri adı altında keçirilən tədbirlər olmayıb. Söhbət ondadır ki, ermənilər Rusiyanın onlara nə iqtisadi, nə də siyasi mənada yardımçı olmadığını görərək, hər vəchlə Qərbə doğru can atır, Avropa İttifaqının Assosiativ üzvlüklə bağlı sazişini imzalamağa hazırlaşır. Sarkisyan də bu məqsədlə onu Cənubi Qafqazda forpostu elan edən ölkədən razılıq almaq üçün Rusiya paytaxtına yollanıb. Lakin erməni hiyləgərliyi ilə bunu ehtiyatla etmək istəyir. Rusiya tərəfi də bunu gözəl anlayır. İcazəni də çox alçaldıcı formada həyata keçirir. Məsələn, görün Rusiyanın rəsmi dövlət nəşri "Rossiyskaya qazeta” manşetinə necə bir başlıq qoyub - "Rusiya Ermənistanı Avropa İttifaqına buraxır”. Bu də Ermənistanın müstəqil bir dövlət olmadığına, yalnız Moskvanın diktəsi ilə hərəkət etdiyinə işarədir. Daha sonra məqalədə müəllif belə bir sualla çıxış edir. "Serj Sarkisyanın səfəri əsas suala cavab verməyib – Kreml Ermənistanı Şərq Tərəfdaşlığı Proqramına daxil olmağa buraxacaqmı?” Müəllif yazır ki, Sarkisyan iki stulda oturmağa hazırdır - həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa İttifaqında: "Bu ölkə hər iki qurumdan maliyyə, iqtisadi, hətta hərbi yardım almağa ümid edir. Postsovet məkanında hələ heç bir dövlətin belə bir seçimi olmayıb”. Qəzet yazır ki, dövlət başçıları təkbətək görüşlərində iki ölkə arasında mövcud olan problemləri müzakirə ediblər, lakin onun təfərrüatlarını mətbuata açıqlamayıblar. Nəşr yazır ki, Ermənistan prezidenti bu müddət ərzində hər iki tərəflə yaxşı münasibətlər qurmağa çalışıb.
Məlumat üçün bildirək ki, Avropa İttifaqının "Şərq tərəfdaşlığı” proqramı Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Ukrayna və Moldovanı əhatə edir. Layihə keçmiş sovet respublikalarının Aİ-yə adaptasiyasını nəzərdə tutur. Erməni tərəfi özündə cəsarət tapıb 2013-cü ilə bu sazişə qoşulmaq istəsə də, Moskva buna imkan vermədi. O zaman Sarkisyan Moskvaya səfərindən dərhal sonra bəyan etdi ki, Ermənistan Aİ-yə qoşulmur, Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalır. Bu dəfə də belə bir addım atsa, onda Avropa ondan birdəfəlik üz döndərə bilər. Bu isə ölkənin imicinə ciddi zərbə vurmuş olar. Bununla yanaşı, noyabrın 24-də imzalanacaq saziş ərəfəsində erməni tərəfi Azərbaycanı onun bu proqrama qoşulmasına maneçilik yaratmaqda ittiham etməyə başlayıb. Özü də üzvlük məsələsi ermənilərin narazılıq və etirazları fonunda keçdi. Rusiya nəşri xatırladır ki, ölkə əhalisinin üçdə biri ölkənin bu quruma üzvlüyünə qarşıdır. Müxalifət isə dəfələrlə bu istiqamətdə "Məcburi SSRİ-ni istəmirik”, "NoRussianEmpire” şüarları altında aksiyalar keçirib. Erməni tərəfi də prosesi uzatmağa çalışaraq, üzvlükdən mənfəət əldə etməyə çalışıb. Moskva da vəd etmişdi ki, quruma üzvlükdən sonra Ermənistan gömrük rüsumlarının 1,13 faizini əldə edəcək. Lakin bu, baş vermədi. Rusiya nəşri yazır ki, Ermənistan iki stulda çox asanlıqla otura bilir. Aİ-yə qəbul olduqdan dərhal sonra qurumdan 78 milyon avro yardım aldı. Sözsüz ki, burada Qərbin ermənilərə bir xristian təəssübkeşliyi, dəstəyi hiss olunur. Belə bir addımı hansısa başqa bir postsovet ölkəsi etsəydi, təbii ki, heç bir halda bu yardım göstərilməzdi. Bax, ikili standartlar və qərəzli yanaşmanın bariz nümunəsi budur. Qonşu Azərbaycanın beynəlxalq hüquqla təsdiq olunmuş torpaqlarını işğal edəsən, BMT TŞ kimi ali bir qurumun da bu ərazilərdən dərhal çıxmaq barədə dörd qətnaməsi olsun, ancaq sənə "gözün üstündə qaşın var” deməsinlər. Əksinə, sənin çoxvektorlu siyasət yürütmənə imkan versinlər, yardımlar ayırsınlar. Ən əsas məsələlərdən biri də Metsamor AES-dir. Aİ və digər beynəlxalq qurumlar stansiyanın bağlanmasını tələb etsə də, qarşı tərəf bu tələbə də əməl etmir. Stansiyanın dinc məqsədlərlə istifadəsinə inanan avropalılar hətta AES üçün maliyyə yardımı da ayırıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər