AZE | RUS | ENG |


Rusiya “Eurovision-2017”-ni yayımlamaqdan imtina etdi

Rusiya “Eurovision-2017”-ni yayımlamaqdan imtina etdi
Rusiyanın "Pervıy kanal” telekanalı "Eurovision-2017” mahnı müsabiqəsini yayımlamaqdan imtina edib. APA-nın RNS-ə istinadən verdiyi xəbərə görə, bu barədə telekanalın mətbuat xidmətindən bildirilib.
 
"Bu gün Avropa Yayım İttifaqından (AYİ) "Pervıy kanal”a daxil olan məktubda AYİ-nin Yuliya Samoylovanın "Eurovision-2017”  mahnı müsabiqəsində iştirakı məsələsini nizamlaya bilmədiyi qeyd edilib. Yaranmış vəziyyətdə "Pervıy kanal” telekanalı "Eurovision-2017” mahnı müsabiqəsinin yayımlanmasını mümkünsüz hesab edir”, - deyə telekanalın mətbuat xidmətindən bildirilib.
 
Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni  Rusiyanı "Eurovision-2017”–də  "Flame Is Burning" mahnısı ilə təmsil edəcəkdi.  








Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7056
GBP 1 İngilis funt sterlinqi 2.1791
TRY 1 Türk lirəsi 0.4718
KWD 1 Küveyt dinarı 5.5883
SEK 1 İsveç kronu 0.1923
EUR 1 Avro 1.8484
CHF 1 İsveçrə frankı 1.7083
USD 1 ABŞ dolları 1.7022