• şənbə, 27 Aprel, 06:37
  • Baku Bakı 12°C

Rusiya Ermənistanın qazını kəsdi

11.07.16 12:32 1041
Rusiya Ermənistanın qazını kəsdi
İyulun 10-dan avqustun 10-dək Rusiya Ermənistana qaz nəqlini dayandırır.
"APA-Economics" xəbər verir ki, bununla bağlı Gürcüstanın qazpaylayıcı şirkəti "Qazprom Ermənistan"a rəsmi bildiriş göndərib.
Nəqlin dayandırılmasına səbəb magistral kəmərdə təmir işlərinin aparılmasıdır.
Ermənistan əhalisinin təbii qazla təchizatı yeraltı anbarlardakı ehtiyat qaz hesabına həyata keçiriləcək.
Qeyd edək ki, Ermənistanı qazla Rusiyanın "Qazprom" şirkəti Gürcüstan üzərindən təchiz edir.
banner

Oxşar Xəbərlər