• şənbə, 27 Aprel, 03:00
  • Baku Bakı 14°C

"Reuters": OPEC avqustda neft hasilatının azaldılması anlaşmasına 89% əməl edib

01.09.17 18:40 1116
"Reuters": OPEC avqustda neft hasilatının azaldılması anlaşmasına 89% əməl edib
OPEC üzvü olanölkələr avqust ayında neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı il Vyanada imzalanmışanlaşma üzrəöhdəliklərinə 89% əməl edib. "Report" xəbər verir ki, bu hesablamalar "Reuters" agentliyi tərəfindən aparılıb.
Agentlik bildirir ki, avqustda OPEC neft hasilatını 170 min barel/gün və ya 0,52% azaldaraq 32,83 mln. barel/günə endirib. Qeyd edək ki, Kartel iyulda anlaşmaya 84% əməl edib.
Hasilatda azalmaya əsas səbəb Liviyada bəzi yataqların fəaliyyətini dayandırması (azalma - 360 min barel/gün) amili olub. "Reuters"in hesabatında həmçinin S.Ərəbistanı və İraqın hasilatı azaltdığı, Anqolanın isə artırdığı qeyd edilir.
Xatırladaq ki, "Reuters" agentliyinin hesabatı müxtəlif mənbələrin neft yüklərinin daşınması ilə bağlıməlumatlar, "Thomson Reuters"in neftin hərəkəti barədə hesabatı, OPEC və s. təşkilatların neft şirkətləri barədə məlumatları əsasında hazırlanıb.
banner

Oxşar Xəbərlər