• şənbə, 27 Aprel, 08:18
  • Baku Bakı 12°C

Rənglərin qardaşlığı: İzmirdən Bakıya sənət körpüsü

14.10.17 15:00 2668
Rənglərin qardaşlığı: İzmirdən Bakıya sənət körpüsü
Oktyabrın 17-dən 21-dək Bakıda Azərbaycan və Türkiyə rəssamlarının iştirakı ilə "Rənglərin qardaşlığı” adlı layihə həyata keçiriləcək.
AZƏRTACxəbər verir ki, layihə Bakı Yunus Əmrə İnstitutu ilə Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, İzmir Balçova bələdiyyəsi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Qardaşlıq və İş Birliyi Dərnəyinin birgə təşkilatçılığı ilə reallaşacaq.
Sərginin açılışı oktyabrın 19-da Muzey Mərkəzində baş tutacaq. Sərgidə türkiyəli rəssamların İzmirdən gətirdikləri əsərləri, habelə azərbaycanlı rəssamların əl işləri nümayiş ediləcək.
Xatırladaq ki, layihənin birinci mərhələsi İzmirdə mayın 28-dən iyunun 2-dək azərbaycanlı rəssamların iştirakı ilə həyata keçirilib. Rəssamların əsərləri İzmir Balçova bələdiyyəsinin mədəniyyət evində sərgilənib.
banner

Oxşar Xəbərlər