Ürək - damar xəstəliklərindən daha çox kimlər əziyyət çəkir?
Hər hansı bir cəmiyyətdə insanlar gəlir və ya rifah səviyyəsinə, yaşayış
standartlarına görə aşağı, orta və yuxarı gəlirli təbəqələrə ayrılırlar. Bu yazımda ürək-damar xəstəliklərinin gəlir səviyyəsi baxımından məcazi mənada
desək, insanlar arasında seçim
edib-etmədiyindən söz açacağam. Bunda məqsədim hər hansı bir
dövlət qurumunu, hər hansı
bir insanı, hər hansı bir
cəmiyyəti və ya təbəqəni tənqid etmək və ya
onları incitmək deyil. Məqsədim çox
maraqlı və bir
o qədər də
acınacaqlı bir mövzu barədə dəyərli oxuyucularımızı məlumatlandırmaqdır.
Bu faktorlar içində
bəlkə də ən
önəmli olanı...
Son zamanların məşhur bir
sözü var: "Müasir həyat tərzi
bizi xəstələndirir” Ancaq insanların
bir qismi müasir həyat tərzi ilə varlı və ya zəngin
insanların həyat tərzini eyni mənada anlayırlar. Və nəticədə varlı və ya gəlir
səviyyəsi yüksək təbəqəli insanların daha çox xəstələndiklərinə - əsrimizin
bəlası olan xərçəng xəstəliyinə daha çox tutulduqlarına və ya daha çox infarkt
və ya beyin insultu keçirdiklərinə inanırlar.
Çünki varlı təbəqəli
insanların daha çox
yeyib-içdiklərini, daha çox stresslə üzləşdiklərini, daha az
hərəkət elədiklərini düşünən insanlar az deyil. Ancaq həqiqətlər tam başqadır. Ürək-damar xəstəliklərinin 65 faizi aşağı və orta gəlirli insanlarda,
cəmiyyətlərdə və ya ölkələrdə (az
inkişaf etmiş və ya inkişaf etməmiş ölkələrdə) təsadüf edilir. Yüksək gəlirli
dövlətlərə (inkişaf etmiş ölkələrdə) və insanlara nisbətən, aşağı və
orta gəlirli dövlətlərdə və ya insanlarda ürək-damar xəstəliklərinin daha çox yayılmasının
ən önəmli səbəblərindən biri ürək-damar
xəstəliyinə səbəb olan diabet,
hipertaniya, köklük, stress, siqaret çəkmək və sairə risk faktorlarının aşağı
və orta gəlirli
ölkələrdə və ya bir cəmiyyətin kasıb və orta
təbəqələrində daha çox
yayılmış olmasıdır. Digər
önəmli səbəblər aşağı gəlirli insanlarda
yetərsiz qidalanmanın və ya
sağlam şəkildə qidalanmamağın daha çox olması ( yetərli və sağlam qidalanmaya
təsir edən ən önəmli faktorlardan biri də gəlir səviyyəsidir), stress faktorunun aşağı gəlirli insanlarda daha çox olması, gəlirləri aşağı
olan insanların keyfiyyətli tibb xidmətlərindən faydalana bilməməsi, əhalinin
sayının artdıqca, dövlətin
keyfiyyətli tibb xidmətini
verə bilməməsi və sairədir. Bu faktorlar
içində bəlkə də
ən önəmli olanı
aşağı təbəqəli insanların
keyfiyyətli tibbi xidmətlərdən
faydalana bilməməsidir. Araşdırmalar
yuxarı gəlirli insanların kasıblara, yəni aşağı
gəlirli insanlara nisbətən meyvə,
tərəvəz, protein və doymamış yağ turşularından (zeytun yağı, balıq yağı və s.) daha çox istifadə etdiklərini göstərir. Ancaq
ürək-damar sistemi üçün çox zərərli olan karbohidratı, yəni şəkərdən kasıblar
daha çox istifadə edirlər. Siqaret çəkməyi tərgidənlərin sayı gəlir səviyyəsi
yuxarı olan ölkələrdə artarkən, kasıb ölkələrdə siqaret çəkən insanların sayı get-gedə artır.
İdeal bir
araşdırma
Ürək damar xəstəliklərinin ən
çox aşağı və
orta gəlirli ölkələrdə və ya bir cəmiyyətin kasıb və orta
təbəqələrində olduğu aşkardır.
Bir insan infarkt
və ya beyin insultu
keçirdikdən sonra o insanın
yaşaması və ömrünün
uzanması üçün bəzi dərmanları
mütləq içmək məcburiyyətindədir. Bəs
aşağı və ya
yuxarı gəlirli ölkələrin insanları xəstələndikləri (ürək-damar xəstəliyinə
tutulduqları zaman) zaman içilməsi gərəkən
dərmanları nə dərəcədə qəbul edirlər? Bu
ölkələrin insanları keyfiyyətli
və intensiv dərman
müalicəsindən yararlana bilirlərmi?
Çox təəsüf ki, bu sualın
çox acınacaqlı bir
cavabı var. Hər hansı
bir müalicənin intensivliyi,
effektivliyi və ya o
müalicədən faydalanma
ehtimalı ölkə əhalisinin gəlir
səviyyəsinə görə də dəyişir.
2001-ci ilin oktyabr ayında dünyanın məşhur
tibb jurnallarından olan "Lancet”də
17
ölkədə ürək-damar xəstəliyi
olan və ya beyin insultu keçirən
35-70 yaş arasındakı minlərlə insan üzərində
aparılmış bir araşdırmanın (qısa adı ‘’PURE’’ araşdırmasıdır) nəticələri
açıqlandı. Araşdırma nəticəsində
məlum oldu ki, gəlir
miqdarı (və ya səviyyəsi) aşağı
olan ölkələrin insanları gəlir
miqdarı yuxarı olan
ölkələrin insanları ilə
müqayisədə qan durulducu
dərman olan aspirini və eləcə də qan
təzyiqini və ya xolesterini salmaq üçün istifadə
edilən dərmanları daha az qəbul edirlər. Araşdırma yuxarı gəlirli (
Birləşmiş Ərəb Əmirlikləri, Kanada, və İsveç) , yuxarı-orta
gəlirli (Türkiyə, Braziliya, Çili, Malayziya, Cənubi Afrika, Argentina və Polşa) , aşağı-orta gəlirli (Kolumbiya,
İran və Çin) və
aşağı gəlirli (Pakistan , Banqladeş, Zimbabve və Hindistan) ölkələrdə
aparılmışdır. Ən yaxşı
dərman müalicəsinin (intensiv,
daima və yetərli qədər) yuxarı gəlirli
ölkələrdə olduğu müəyyən edilmişdir.
Bu araşdırma çox
ideal bir araşdırma
idi. Çünki araşdırmanı
elə dizayn etmişdilər ki, nəticələri ölkələrin
səhiyyəsinin durumu barədə real həqiqəti ortaya çıxarmışdır. Yəni aşağı
gəlirli ölkələrin insanları
ürək-damar sağlamlığı
baxımından çox önəmli
olan dərmanları daha
az qəbul edirlər.
Bu acınacaqlı
vəziyyətə səbəb sadəcə,
ölkələrin gəlir səviyyəsinin aşağı olması da deyil
Bu araşdırmada ayrıca
o da məlum
oldu ki, gəlir miqdarı (və ya səviyyəsi)
aşağı olan ölkələrin insanları infarkt və
ya beyin insultu
keçirdikləri zaman gəlir
miqdarı yuxarı olan
ölkələrin insanları ilə
müqayisədə həm həkimə daha
az müraciət edirlər
həm də ilk dəfə müraciət etdikdən
sonra
kontrol müayinələrə daha az
gedirlər. Bəs aşağı gəlirli insanlar
nəyə görə daha
az dərman içirlər, ibbi xidmətlərdən nəyə görə daha
az faydalanırlar? Və ya
nəyə görə həkimə
daha az müraciət edirlər? Bunun
ən önəmli səbəblərindən biri
aşağı gəlirli ölkələrin və o
ölkələrin insanlarının iqtisadi
vəziyyətidir. Yəni pulsuzluq
bir səbəbdir. Bir
digər səbəb bəzi ölkələrdə icbari tibbi sığorta sisteminin
olmamasıdır. Ancaq onu da deyim
ki, bu acınacaqlı
vəziyyətə səbəb sadəcə, ölkələrin gəlir
səviyyəsinin aşağı olması
da deyil. Bəzi ölkələr gəlir
səviyyəsinə görə yuxarı-orta səviyyəli ölkələr olsalar
da, insanlar istifadəsi vacib
olan dərmanları daha az qəbul edirlər. Məsələn, bu araşdırma Türkiyədə aparılmışdır. Türkiyə gəlir səviyyəsinə görə yuxarı-orta
səviyyəli ölkə olaraq
göstərilir. Ancaq araşdırma
zamanı Türkiyədəki
xəstələrin təxminən yarısının içilməsi vacib
olan dərmanları qəbul etmədikləri
məlum oldu. Bu cür
ölkələrdə bunun ən önəmli
səbəbləri xəstələrin kifayət
qədər məlumatlandırılmaması, tibbi
xidmət sisteminin təşkilindəki
çatışmazlıqlar, kamu spotlarının
yetərsizliyi və sairə kimi
faktorlar göstərilir. Çünki
Türkiyədə əhalinin tibbi sığortası
mövcuddur və xəstələrin içdikləri
dərmanların xərci dövlət
sığorta qurumu tərəfindən ödənilir.
Son söz: İnfarkt
və ya beyin insultu
keçirdikdən sonra yaşamaları və
ya ömürlərinin uzanması
üçün içilməsi vacib olan dərmanları aşağı gəlirli
insanlar yuxarı gəlirli insanlarla
müqayisədə daha az içirlər. Kasıb və ya varlı,
kəndli və ya şəhərli, yaşlı və ya
cavan, qadın və ya kişi
cəmiyyətin hər bir fərdi haqqı
olan tibbi xidmətdən
faydalanmalıdır. Yazımı 46 il
Osmanlı imperiyasına bvaşında duran 10- cu Osmanlı sultanı Qanuni Sultan Süleyman Şahın xəstə
olarkən yatağında söylədiyi məşhur bir
misrası ilə bitirmək
istəyirəm: "Halk içinde muteber bir nesne yok devlet gibi, Olmaya devlet cihanda bir nefes sıhhat gibi’’
(Xalqın-insanların gözündə var-dövlət,
iqtidar qədər mötəbər
bir şey yoxdur.
Halbuki, bu dünyada sağlam bir nəfəs kimi daha
mötəbər , dövlətli , güclü
bir şey də yoxdur).
Uzm. Dr. Yalçın Velibey,
Kardiyoloji Uzmanı