• cümə, 26 Aprel, 16:44
  • Baku Bakı 23°C

“Region Gənclərinin Əməkdaşlıq Forumu” layihəsi yekunlaşıb - Fotolar

27.06.16 18:57 1039
“Region Gənclərinin Əməkdaşlıq Forumu” layihəsi yekunlaşıb - Fotolar
"İrəli" İctimai Birliyi və "Regional İnkişaf "İctimai Birliyi təşkilatçılığı, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə 2016-cı il Avropanın Paytaxtı Gəncədə keçirilən "Region Gənclərinin Əməkdaşlığı Forumu" layihəsi yekunlaşıb. Layihənin növbəti günlərində Regional İnkişaf İctimai Birliyi nümayəndələri gənclərə təşkilatın gördüyü işlər haqqında ətraflı məlumat verib. Gənclərlə birgə müzakirələ həyata keçirilib və iştirakçıların sualları əməkdaşlar tərəfindən cavablandırılıb.
Gəncə şəhər Gənclər evində keçirilən təqdimatdan sonra iştirakçılara müxtəlif mövzularda təlimlər keçirilib. Gənclərin praktik bilgilərinin artırılması məqsədilə keçirilən təlimlərdə Eldəniz Əsədov, Niyazi Qasımov və Nigar Ələsgərova təcrübə və biliklərini iştirakçılarla bölüşüblər.
Sonda gənclərlə birgə əməkdaşlıq mövzusunda müzakirələr həyata keçirilib. Gənclər öz ideyalarını, istəklərini bildirərək, bu ideyaların həyata keçirilməsi üçün müəyyən məsləhətlər, biliklər əldə etmiş olublar.
Qeyd edək ki, layihənin əsas məqsədi, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində istifadəyə verilən «Gənclər Ev»ləri və "Gənclər Mərkəz”ləri yerləşən regionlarda, bölgələrdə gənclərin şəxsi inkişafına təkan vermək, "Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinə dəstək olmaq üçün gənclərin birgə fəaliyyətlərini stimullaşdırmaqdan ibarətdir.



banner

Oxşar Xəbərlər