• cümə, 26 Aprel, 09:59
  • Baku Bakı 12°C

QMİ-dən Məkkədə zəvvarların səsverməsi ilə bağlı Açıqlama

15.10.13 09:34 1205
QMİ-dən Məkkədə zəvvarların səsverməsi ilə bağlı Açıqlama
QMİ-dən APA-ya verilən məlumatda bildirilir ki, bununla bağlı təxribat yaratmaq istəyənlər var.
Məlumatda deyilir: “Son günlər bir çox mətbuatda bəzi üzdəniraq şəxslər belə sözlərlə çıxış edirlər ki, guya Məkkədə zəvvarlar zorla seçkilərə cəlb edilib və bu azmış kimi, onların ziyarətlərinə də bir daş atıb iddia edirlər ki, verdikləri səs onların Həccini batil edir. Lakin bu şəxslər unudurlar ki, Peyğəmbərimiz “vətəni sevmək imandandır” deyib. Eyni zamanda vətəndaşın öz hüququndan istifadə etməsinin onun ibadətinə nə dəxli var?! Digər tərəfdən jurnalistin müctəhidlik edərək “bu batildir” deyə böyük şəriət əməli üçün fətva verməsi də çox təəccüblüdür”.
QMİ bildirir ki, zəvvarlar arasında keçirilən sorğulardan tam aydın görünür ki, bu fikir tam yanlışdır və onların seçki vaxtı xaricdə olması, xüsusilə də müqəddəs torpaqlarda olmaları bir az da onlarda seçkilərdə əzmlə, həvəslə iştirak etməyə böyük ruh yüksəkliyi yaradıb: “Bundan əlavə bəzi zəvvarlar bura ilk dəfə gəldiklərini söyləyir, ölkəmizdəki şəraitin digər ölkələrdən nə qədər gözəl olduğunun fərqini görərək, seçkilərə böyük həvəslə gedib öz prezidentini seçməyə tələsib. Zəvvarların rəylərindən məlum olur ki, deyilənlər boş sözlərdən başqa bir söz deyil, belə danışanlar sadəcə təxribat yaratmaq istəyənlər və vətəni sevməyənlərdir”.
banner

Oxşar Xəbərlər