• şənbə, 27 Aprel, 05:09
  • Baku Bakı 14°C

“Qafqaz” Konserv Zavodu istehsal müəssisəsinin qapılarını jurnalistlərin üzünə açdı - Fotolar

15.06.17 12:00 3124
“Qafqaz” Konserv Zavodu istehsal müəssisəsinin qapılarını jurnalistlərin üzünə açdı - Fotolar
"Azərsun Holdinq” iyunun 13-də "Qafqaz” Konserv Zavoduna media tur təşkil edib. Mətbuat nümayəndələri vasitəsi ilə ictimaiyyətə məlumatların düzgün çatdırılması üçün şirkət, istehsal müəssisəsinin qapılarını jurnalistlərin üzünə açıb. KİV nümayəndələri istehsal müəssisəsinin bütün bölmələrində keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edilməsini əyani olaraq müşahidə ediblər. "Qafqaz” Konserv Zavodunu ziyarət edən media mənsublarını məlumatlandıran "Azərsun Holdinq”in rəsmisi Afiq Səfərov şirkətin fəaliyyət göstərdiyi 25 il ərzində heç bir məhsulda ərzaq təhlükəsizliyi və gigiyena baxımından problemin yaşanmadığını bildirib. O, bunun keyfiyyətə nəzarət sisteminin hesabına təmin edildiyini qeyd edib.

A.Səfərov həmçinin qeyd edib ki, bu müəssisədə məhsulun keyfiyyətinə nəzarət "Qafqaz” Konserv Zavodu ilə paralel olaraq, Mərkəzi Ofisdə yerləşən prosesə və keyfiyyətə nəzarət direktorluğu tərəfindən həyata keçirilir: "Prosesə və keyfiyyətə nəzarət direktorluğunun nümayəndələri zavod rəhbərliyinə tabe deyil. Onlar birbaşa mərkəzi direktorluğa tabedir. Bu direktorluq nə qədər qüsur tutarsa, bir o qədər gəlirləri artır. Sırf bu cür idarəetmənin nəticəsində, maraqların toqquşması, keyfiyyət amilini meydana çıxarır. Məhsulun keyfiyyəti bir nömrəli prioritetdir. Prosesə və keyfiyyətə nəzarət direktorluğunun anbara daxil olmasına icazə verdiyi məhsulda, sonradan karantin dövründə problem çıxarsa, bu dəfə onlar məsuliyyət daşıyırlar. Bu cür yoxlama sistemi nəticəsində keyfiyyət amili tam şəkildə əhatə oluna bilir”.

Ət konservlərinin hazırlanması barədə ətraflı məlumat verən A. Səfərov, zavodun son 8 ildə yerli istehsalçılardan ət qəbul etmədiyini bildirib. O, ölkədə mal əti ehtiyatının o qədər də böyük olmadığını və hər ay daxili bazardan əlli ton ətin qəbul olunacağı halda, ölkədə ətin qiymətinin sürətlə qalxacağını söyləyib. Məhz buna görə də, yalnız xarici bazarlardan və yalnız halal sertifikatlı məhsullar qəbul olunur. Zavod və hazırlanan məhsullar haqda məlumat verildikdən sonra gigiyenik qaydalara riayət edilərək, jurnalistlər ətlərin saxlanıldığı soyuducu depolaradəvət olunublar. Burada media nümayəndələrinin suallarını "Qafqaz” Konserv Zavodunun proses və keyfiyyətə nəzarət üzrə baş inspektoru Anar Qədirov cavablandırıb vəkonserv məhsullarının istehsalı zamanı istifadə olunan ətinzavoda dondurulmuş şəkildə xaricdən gəldiyini qeyd edib: "Ət burada soyuq depolarda saxlanılır vəmüasir avadanlıqlarla təchiz olunan laboratoriyada yoxlanılır. İstehsal zamanı həmin depolardakı əti mərhələlərdən keçirərək qablaşdırıb mal əti konservinin istehsalını həyata keçiririk. Xammalın qəbulundan hazır məhsulun çıxışına qədər olan bütün mərhələlərdə keyfiyyətə nəzarət bölməsi tərəfindən yoxlamalar aparılır. Hansısa mərhələdə problem yaranarsa, istehsalı dayandırırıq. 4 otaqlı laboratoriyada həm fiziki, həm kimyəvi mikrobioloji analizlər aparılır. Zavoda daxil olan xammaldan nümunə götürülür və laboratoriyada analiz edilir. Yalnız bundan sonra həmin xammal istehsala buraxılır.”

Media tur çərçivəsində, jurnalistlər istehsal prosesini izləməklə yanaşı, ətin saxlanma şəraiti, konservlərin istehsalı və qablaşdırılması prosesini izləyib, müasir texnoloji avadanlıqlar və laboratoriya ilə yaxından tanış oldular. Media turun nəticəsi olaraq keyfiyyətsiz ət qəbulu ilə bağlı "Qafqaz” Konserv Zavodu barədə yayılan məlumatların şayiə, iftira və müəssisədə çalışan yüzlərlə yerli sakinin əməyinə qarşı hörmətsizlik olduğu sübut olundu.

Günel Azadə






banner

Oxşar Xəbərlər