• cümə, 26 Aprel, 20:58
  • Baku Bakı 22°C

Puta - Qaradağ mənzilində 10 km yol əsaslı təmir olunur

15.08.16 09:07 951
Puta - Qaradağ mənzilində 10 km yol əsaslı təmir olunur
Bu gün Bakı-Böyük Kəsik istiqamətində Puta - Qaradağ mənzilində 10 km yolun əsaslı təmirinə start verilib.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir ƏzməmmədovunAPA-ya verdiyi məlumata görə, təmir işləri bir həftə davam edəcək.

Əsaslı təmir işlərini 5 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL” şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 135 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.
banner

Oxşar Xəbərlər