• şənbə, 27 Aprel, 01:03
  • Baku Bakı 14°C

Polşanın Azərbaycandakı səfirliyi vətəndaşlara müraciət edib

24.03.20 18:07 847
Polşanın Azərbaycandakı səfirliyi vətəndaşlara müraciət edib
Yaxın günlərdə Polşanın LOT aviaşirkəti tərəfindən Varşava-Bakı istiqaməti üzrə reysin təşkili nəzərdə tutulub. Reysin təşkili tamamilə LOT şirkəti tərəfindən və ödənişli əsaslarla həyata keçiriləcək.
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Polşadakı səfirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycana getmək istəyən ölkə vətəndaşlarının siyahısı səfirlik tərəfindən LOT aviaşirkətinə təqdim ediləcək və bundan sonra bütün məlumatlar şirkət tərəfindən Azərbaycan vətəndaşlarına birbaşa təqdim ediləcək (rezervasiya detalları, bilet qiyməti, ödəniş yolları və s.).
Azərbaycan vətəndaşlarının siyahısının tərtib edilməsi üçün ad və soyad (pasportda olduğu kimi, ingilis dilində), mobil nömrə və e-mail ünvanının təcili olaraq 25 mart gündüz saat 12:00-dək səfirliyin elektron poçt ünvanına göndərilməsi rica edilir ([email protected]).
Reysə cəmi 60 nəfər hər hansı Azərbaycan vətəndaşı götürülə bilər. Onu da qeyd etməliyik ki, üstünlük azyaşlı uşaqları olan ailələrə, yaşlılara, tibbi yardıma ehtiyacı olan şəxslərə, qadınlara veriləcək.
Məlumatda bildirilir ki, COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün ölkəyə gələn vətəndaşlar Azərbaycanda təyyarədən düşərkən tibbi müayinədən keçirilir və dövlət hesabına 14-21 günlük xüsusi karantin rejimində yerləşdirilirlər.
banner

Oxşar Xəbərlər