AZE | RUS | ENG |


Peşəkar kinematoqrafçılar təlimlər keçəcək

Peşəkar kinematoqrafçılar təlimlər keçəcək
Azərbaycan  Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "CİNEMA” Gənc Kinematoqrafçılar  Mərkəzi  "Audiovizual məhsullar və beynəlxalq festivallara çıxma yolları” adlı layihəyə start verib. Bunu "Kaspi”yə açıqlamasında  "CİNEMA” Gənc  Kinematoqrafçılar  Mərkəzinin sədri Fehruz Şamıyev deyib. O bildirib ki, hazırda Azərbaycanda gənc kinematoqrafçılar audiovizual məhsulların istehsalında yaxından iştirak edə bilmirlər. Daha çox həvəskar xarakterli məhsulların ortaya çıxması bu sahədə çalışan gənclərin yetərincə biliklərə sahib olmamasının göstəricisidir: "Bu da kino sahəsində çalışan gənclərin dünya festivalları üçün maraqlı ola biləcək filmləri ərsəyə gətirə bilməməsinə səbəb olur. Qeyd edək ki, son illər ölkəmizdən kənarda keçirilən beynəlxalq festivallarda iştirak edən azərbaycanlı kinematoqrafçıların yaş həddi 35- dən yuxarıdır. Doğrudur, bəzi gənclər də festivallarda iştirak edir, amma onların sayı barmaqla sayılacaq qədərdir. Bəzən olur bu problemin kökündə keyfiyyətli məhsulun olmaması yox, festivallara çıxmaq üçün qaydaları bilməmək, filmin janrından, formasından asılı olaraq lazımı festivala göndərilməməsi dayanır. Bundan başqa xaricə çıxacaq keyfiyyətli məhsulların azlığı bu sahədə ustad dərslərinin demək olar ki, keçirilməməsindədir. Digər sahələrdən fərqli olaraq kino sahəsində təşkil olunan ustad dərslərinin sayı lazım olduğundan azdır”.

Onun sözlərinə görə, sözügedən layihə çərçivəsində peşəkar masterlərin iştirakı ilə təlimlər təşkil olunacaq. 
Təlimlərdə iştirakçılar audiovizual məhsul və onun janrları, beynəlxalq festivallarda iştirak və onların kateqoriyaları, həmin festivallara qatılmağın yolları, onlarda iştirak edə biləcək müəllif filmlərinin istehsalı və bu festivallarda iştirakın əhəmiyyəti barədə ətraflı məlumat ala biləcəklər. 
 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008