• şənbə, 27 Aprel, 04:53
  • Baku Bakı 14°C

Paytaxtda dizel istehsalı 21% azalıb

04.12.17 13:45 2143
Paytaxtda dizel istehsalı 21% azalıb
Cari ilin yanvar-oktyabr ayları ərzində Bakı şəhərində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 mlrd. 195,5 mln. manat olmaqla əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10,4% azalıb.
Bakı şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, neft məhsullarından avtomobil benzininin istehsalı 4,7%, neft koksunun istehsalı 6,8%, neft bitumunun istehsalı 16,3%, sürtgü yağlarının istehsalı 2,8 dəfə artıb, dizel yanacağının istehsalı 21,2%, yanacaq mazutunun istehsalı 41,9%, ağ neftin istehsalı isə 7,8% azalıb.
banner

Oxşar Xəbərlər