Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çində tərəfdaş oldu

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çində tərəfdaş oldu

Təfsilat
06 Dekabr 2019, 14:07 150
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) Çinin Guandzhou şəhərində keçirilən "Imperial Spring - 2019" toplantısında tərəfdaş kimi çıxış edib. Toplantıda NGBM-nin Həmsədri, Latviyanın sabiq Prezidenti, xanım Vaira Vike-Freiberqanın rəhbərliyi ilə Mərkəzin üzvü olan ondan çox sabiq ölkə və hökumət başçıları iştirak edib. 
 
BMT-nin Davamlı İnkişaf proqramı və Beynəlxalq qaydalara əsaslanan dünya nizamına həsr olunmuş konfransın açılışında Çin Xalq Respublikasının Vitse-prezidenti Vanq Qishan da iştirak edib.  

Çin Xalq Respublikasının Prezidenti cənab Xi Jinping toplantıda iştirak edən sabiq ölkə və hökumət başçılarını qəbul edərək, toplantı çərçivəsində qaldırılan məsələləri müzakirə ediblər. Görüş zamanı xanım Vaira Vike-Freiberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu əməkdaşlığa qoşulmasının əhəmiyyəti, Mərkəz tərəfindən illik təşkil olunan Qlobal Bakı Forumunun artan beynəlxalq nüfuzunu xüsusi olaraq vurğulayıb.  
 
Mərkəzin üzvü Bosniyaa və Herseqovinanın sabiq prezidenti Mladen İvanic isə "Bir Kəmər, bir yol", "17+1" layihələrinin Qafqazdan başlayaraq Şərqi-Avropa ölkələrinin inkişafında göstərdiyi önəmli dəstəkdən danışıb, Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə keçirilən Qlobal Bakı Forumları çərçivəsində mütəmadi olaraq Çinlə müzakirə və fikir mübadilələrinin aparılmasının mühüm rolunu vurğulayıb.