• cümə, 26 Aprel, 11:17
  • Baku Bakı 12°C

Nikol Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb

25.02.21 12:51 357
Nikol Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatının hərbi çevrilişə cəhd olduğunu bildirib.
APA-nın məlumatına görə, N. Paşinyan bu barədə "Facebook” səhifəsində yazıb.
"Bütün tərəfdarlarımızı elə indi Respublika meydanına çağırıram. Yaxın vaxtlarda birbaşa efirdə müraciətlə çıxış edəcəyəm”, - deyə o yazıb.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün N. Paşinyanın istefa verməsini tələb edən bəyanatla çıxış edib.

banner

Oxşar Xəbərlər