• cümə, 26 Aprel, 10:36
  • Baku Bakı 12°C

Niderland turistlər üçün yeni vergi tətbiq edib

04.01.20 18:00 1549
Niderland turistlər üçün yeni vergi tətbiq edib
Amsterdam ilin əvvəlindən yeni turist vergisinin tətbiqinə başlayıb. Yeni qaydaya görə, Niderland paytaxtına gələn qonaqlar burada hər gecə üçün əlavə 3 avro ödəyəcəklər.
Trend-in məlumatına görə, bununla hökumət ölkədə turist axınını tənzimləməyə çalışır. Belə ki, 1,1 milyon əhalisi olan Amsterdamı ildə təxminən 17 milyon insan ziyarət edir. Bu səbəbdən Niderland hakimiyyəti artıq daha çox turist cəlb etmək strategiyasından imtina edib.
2019-cu ildə Amsterdam dünyanın ən çox ziyarət edilən paytaxtlarının sırasında ilk üçlükdə yer alıb.
banner

Oxşar Xəbərlər