• cümə, 26 Aprel, 21:48
  • Baku Bakı 22°C

Neft üzrə ekspertlərin görüşü 26-28 noyabrda keçirilə bilər

13.11.16 09:02 963
Neft üzrə ekspertlərin görüşü 26-28 noyabrda keçirilə bilər
"Neft bazarının sabitləşdirilməsinə dair məsləhətləşmələr keçirmək üçün ekspertlər arasında görüş 26-28 noyabr tarixlərində keçirilə bilər. Görüşün konkret tarixi dəqiqləşdirilir”. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
"Mərhələli şəkildə irəliləmək lazımdır, növbəti mərhələ 26-28 noyabr tarixlərini əhatə edəcək. OPEK-in noyabrın 30-da keçiriləcək sammiti ərəfəsində ekspertlər bütün rəqəmləri bir daha nəzərdən keçirmək üçün növbəti dəfə bir araya gələcəklər”, - deyə Novak qeyd edib.
O, Rusiyanın həmin məsləhətləşmələrdə iştirak edəcəyini bildirib. Novak görüşdə qəbul ediləcək qərarlarla bağlı proqnoz verməkdən imtina edib.
banner

Oxşar Xəbərlər