• şənbə, 27 Aprel, 07:53
  • Baku Bakı 12°C

Nazir: ”TANAP 2018-ci ilin ortalarında istismara veriləcək”

09.07.17 23:20 944
Nazir: ”TANAP 2018-ci ilin ortalarında istismara veriləcək”
TANAP2018-ci ilin ortalarındaistismara veriləcək.
APA-nın Türkiyə müxbirinin məlumatına görə, bu sözləri XXİİ Dünya neft Kongresinin açılışındakı çıxışında Türkiyənin enerjivə təbii ehtiyatlar naziri Bərat Albayrak deyib.
Türkiyənin son illərdə həyata keçirməyə hazırlaşdığı böyük enerji layihələrindən danışan nazir Albayrak,Bakı-Tbilisi-Ceyhankəməri sayəsində Ceyhan limanını dünyanın ən önəmli enerji nəqli mərkəzlərindən biri halına gətirdiklərini vurğulayıb.
Bərat Albayrak deyib: ”Qonşu ölkələrdə yaşanan iqtisadi problemlərlə müqayisə edəndə Türkiyənin cəsarətlə çox mühüm enerji layihələrinin altına imza atdığını görürük. Bunlardan biri də Türkiyənin və Avropanın enerji təhlükəsizliyi məsələsində önəmli yeri olacaqTANAPlayihəsidir. Biz layihədə işin yarısından çoxunu görmüşük, gələn ilin ortalarındaTANAPlayihəsini istismara verəndən sonra Türkiyə və Avropa o xətdən fasiləsiz şəkildə təbii qaz ala biləcək”
İyulun 10-da XXİİ Dünya Neft Konqresinin Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanın sədrliyində keçiriləcək dövlət başçıları mərasimində Azərbaycan Respublikasının prezidentiİlham Əliyev iştirak edəcək.
banner

Oxşar Xəbərlər