• cümə, 26 Aprel, 17:20
  • Baku Bakı 23°C

Nazir müavini: “Qeyri-neft sektoru üzrə vergi daxilolmaları ilə bağlı proqnoza tam əməl edilib”

16.06.17 12:40 1043
Nazir müavini: “Qeyri-neft sektoru üzrə vergi daxilolmaları ilə bağlı proqnoza tam əməl edilib”
"Bu ilin 5 ayı ərzində qeyri-neft sektoru üzrə vergi daxilolmaları ilə bağlı proqnoza tam əməl edilib”.
"APA-Economics”in məlumatına görə, bunu vergilər nazirinin müavini İlkin Vəliyev deyib.Onun sözlərinə görə, hesabat dövründə qeyri-neft sektoru üzrə daxilolmalar ilə bağlı proqnoza 100,1% əməl edilib.
"Bu ilin dövlət büdcəsində bizim vergi daxilolmaları üzrə proqnozun təxminən 75%-i qeyri neft sektorunun payına düşür. Bu ilin 5 ayı ərzində bu proqnoza tam olaraq əməl edilib”, - deyə nazir müavini vurğulayıb.
banner

Oxşar Xəbərlər