• çərşənbə axşamı, 21 may, 11:01
  • Baku Bakı 14°C

"Mövlanə Mübadilə" Proqramının təqdimatı keçirilib

21.02.17 18:16 964
"Mövlanə Mübadilə" Proqramının təqdimatı keçirilib
Azərbaycan Texniki Universitetinin tələbələri üçün "Mövlanə Mübadilə” Proqramının təqdimatı keçirilib.
Tədbirdə iştirak edən AzTU-nun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, dosent Natiq Əhmədov çıxış edərək layihə haqqında ətraflı məlumat verib və tələbələri bu layihədə iştirak etməyə dəvət ediblər. Natiq Əhmədov bildirib ki, AzTU bu layihə çərçivəsində Türkiyənin bir çox nüfuzlu ali təhsil müəssisəsi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Qeyd olunub ki, layihə çərçivəsində hazırda AzTU-nun tələbələri Türkiyənin müxtəlif universitetlərində təhsillərini davam etdirirlər.
Daha sonra "Mövlanə Mübadilə” Proqramı çərçivəsində AzTU-da və Türkiyədə təhsil alan gənclər öz təəssüratlarını tələbələrlə bölüşüb və təhsil aldıqları ali məktəblərin fərqli tədris metodikasından, onlara yaradılan şəraitdən söz açıblar.
Qeyd edək ki, "Mövlanə Mübadilə” Proqramı ("Mevlana Değişim” Programı) Türkiyənin ali təhsil qurumları ilə digər dünya ölkələrinin ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirən bir proqramdır. Bu layihəyə Azərbaycandan ilk olaraq AzTU 2014-cü ildə qoşulub.
banner

Oxşar Xəbərlər