AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ömürlük məhkum edilmiş “Ergenekon”çu generalın qardaşı Azərbaycana hərbi attaşe gəlir

Ömürlük məhkum edilmiş “Ergenekon”çu generalın qardaşı Azərbaycana hərbi attaşe gəlir

Təfsilat
14 Avqust 2013, 10:24 789
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Yeni hərbi attaşenin avqustun sonunadək fəaliyyətə başlaması gözlənilir. O bu vəzifədə general-mayor Yücəl Karauzu əvəz edəcək.

Qeyd edək ki, Yüksək Hərbi Şuranın (YAŞ) avqust ayının əvvəllərində qəbul etdiyi qərarla Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, general-mayor Yücəl Karauz Quru Qoşunlarının Logistika Komandanlığının Kırıkkaledə yerləşən sursat təchizatı idarəsinin rəisi təyin olunub. Onun yerinə isə Tekirdağda yerləşən 3-cü zirehli diviziya komandanlığından general-mayor Həsən Nevzat Taşdələr hərbi attaşe təyin edilib.

Həsən Nevzat Taşdələr əvvəllər İğdırda yerləşən 5-ci sərhəd alayının komandiri olub.

Qeyd edək ki, yeni hərbi attaşe Türkiyə Silahlı Qüvvələrinin Təlim və Doktrina Komandanlığının sabiq rəhbəri, “Ergenekon” işi çərçivəsində ömürlük həbsə məhkum edilmiş ordu generalı Hüseyn Nüsrət Taşdələrin kiçik qardaşıdır.