• şənbə, 27 Aprel, 06:23
  • Baku Bakı 12°C

MM “Prokurorluq haqqında” qanuna dəyişikliyi qəbul edib

17.11.17 15:10 1924
MM “Prokurorluq haqqında” qanuna dəyişikliyi qəbul edib
Milli Məclisin bu gün keçirilən iclasında "Prokurorluq haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanunun 44-cü maddəsinə edilən dəyişiklikdə bildirilir ki, Azərbaycan Konstitusiyasına müvafiq olaraqdövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir.Qanunvericilik hakimiyyətiniMilli Məclishəyata keçirir, icra hakimiyyəti Azərbaycan prezidentinə məxsusdur, məhkəmə hakimiyyətini isə Azərbaycan məhkəmələri həyata keçirir. Azərbaycan Prokurorluğu məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla, vahid mərkəzləşdirilmiş orqandır. Konstitusiya bu orqanın qanunvericilik və İcra hakimiyyəti orqanlarından hər hansı asılılığını istisna edir. Bundan əlavə, "Prokurorluq haqqında" qanunun 43-cü və 44-cü maddələrinin mətnində söhbət nəzarətdən deyil, məlumatlandırmadan gedir.Avropa Şurasının "Korrupsiyaya qarşı dövlətlər qrupu" (GRECO) "Prokurorluq haqqında qanunun bu müddəalarını nəzərə alaraq belə bir dəyişikliyi təklif edir.

Dəyişikliyin əsas məqsədi qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir.

Layihə səsə qoyularaq qəbul olunub.
banner

Oxşar Xəbərlər