• çərşənbə axşamı, 19 mart, 18:05
  • Baku Bakı 8°C

Misir qəzeti Bakı Şopinq Festivalından yazıb

23.10.17 17:43 2435
Misir qəzeti Bakı Şopinq Festivalından yazıb
Misirin "Şəbəb əl-Nil” qəzeti oktyabrın 15-dən start götürən ikinci Bakı Şopinq Festivalı barədə məqalə dərc edib.
Yazıda bilridilir ki, Mədəniyyət və turizm nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən təşkil edilən festival respublikaya turist axınının gücləndirilməsi, əhalinin alıcılıq qabiliyyətinin təşviq edilməsi məqsədini güdür.
Qəzet bu dəfəki festivalın öz alıcılarını maraqlı tədbirlərlə, əyləncəli proqramlarla və ekskluziv təkliflərlə sevindirdiyini yazır.
Qeyd edilir ki, alıcıların alış-verişdən daha çox həzz alması və qazanması üçün 500-ə yaxın ticarət obyekti, market, turizm şirkəti fesivala qoşulub. Festivalda geyim, elektronika məhsulları, saatlar, ətriyyat, məişət texnikası və s. kimi seçilmiş mallara 70%-ə qədər endirimlər təklif edilir.
Misir saytı turizm şirkətlərinin də bu festivaldan öz paylarını götürməkdə maraqlı olduqlarını yazır. Bildirilir ki, onların təklif etdikləri həvəsləndirici təkliflərə təyyarə biletləri, daşınma və transfer xidmətləri, sığorta, hotellərdə ən azı 3 gecə qalma, Bakı şopinq festivalında iştirak edən ticarət obyektlərinə şopinq turları daxildir.
Qəzet qeyd edir ki, builki festivalda əsas hədəf xarici turistlərin aktivliyinə nail olmaqdır. Bunun üçün də xüsusi turizm paketləri hazırlanıb: "Hazırda Rusiya, ərəb ölkələri və digər potensial turist cəlbi mümkün olan ölkələrdə turizm paketlərinin satışına başlanılıb”.
banner

Oxşar Xəbərlər