• cümə, 26 Aprel, 17:52
  • Baku Bakı 23°C

Minskdə etiraz aksiyaları zamanı 200-dən çox adam saxlanılıb

22.11.20 22:55 398
Minskdə etiraz aksiyaları zamanı 200-dən çox adam saxlanılıb
Belarusun paytaxtı Minskdə polis etiraz aksiyaları zamanı saxlanılanların sayını açıqlayıb.
APA"RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, kütləvi tədbirlər haqqında qanunun pozulması çərçivəsində 200-dən çox adam nəzarətə alınıb.
Paytaxt polisi saxlanılanlarla bağlı qanun çərçivəsində araşdırmalara başlayıb.
"İcazəsiz aksiya iştirakçılarına dəfələrlə qanunsuz hərəkətlərin yolverilməzliyi barədə xəbərdarlıq edilib, bundan sonra aksiyanın ən fəal üzvləri saxlanılıb”, - deyə Minsk Şəhər İcraiyyə Komitəsinin Dövlət Daxili İşlər İdarəsinin mətbuat xidməti bildirib.
banner

Oxşar Xəbərlər