AZE | RUS | ENG |


Milli Sorğu Mərkəzi fəaliyyətə başladı

Milli Sorğu Mərkəzi fəaliyyətə başladı
Bu gündən Azərbaycanın internet məkanında yeni layihəyə start verilir. Belə ki, ölkə üçün yenilik olan internet resurs fəaliyyətə başlayır. www.sorgu.az ünvanında yerləşən "Milli Sorğu Mərkəzi” ictimai fikrin öyrənilməsi yolu ilə siyasi, sosial və marketinq araşdırmaları aparacaq. Araşdırmalar Mərkəzin internet saytında yerləşdirilcək və illik, yarımillik, dövri hesabatlar ictimaiyyətə təqdim olunacaq.

Mərkəzin qarşısına qoyduğu əsas məqsəd sorğular vasitəsi ilə cəmiyyəti narahat edən sualların və  problemlərin cavablarının tapılmasına kömək etməkdir.

Bundan əlavə, "Milli Sorğu Mərkəzi” istifadəçilərin istəklərinə uyğun olaraq internet səhifəsində petisiyalar da yerləşdirəcək. Qəbul edilən petisiyalar ünvanlanan şəxsə və ya qurumlara çatdırılaraq toplumun istəyinin rellaşmasına vasitəçilik edəcək.

"Milli Sorğu Mərkəzi” Kütləvi İnformasiya Vasitələrini və QHT-ləri də əməkdaşlığa dəvət edir. Belə ki, mərkəz KİV-lərin və QHT-lərin istəklərinə uyğun olaraq, onların həyata keçirdiyi araşdırmalar üçün lazımi sorğular keçirməyə hazırdır.

Sorğu Mərkəzi biznes uçün də yararlı ola bilər. Marketinq araşdırmaları istiqamətində sifarişçinin arzu və istəklərinə uyğun olaraq istənilən sahədə sorğular keçirərək, nəticələr  əsasında xüsusi konsepsiyalar hazırlamaq da mümkündür.
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6280
GBP 1 İngilis funt sterlinqi 2.2440
TRY 1 Türk lirəsi 0.4395
KWD 1 Küveyt dinarı 5.6270
SEK 1 İsveç kronu 0.2015
EUR 1 Avro 1.9941
CHF 1 İsveçrə frankı 1.7189
USD 1 ABŞ dolları 1.7002