• şənbə, 27 Aprel, 07:09
  • Baku Bakı 12°C

Mikayıl Cabbarov: Azərbaycanda yoxsulluq səviyyəsi dəfələrlə azalıb

16.01.20 12:07 1188
Mikayıl Cabbarov: Azərbaycanda yoxsulluq səviyyəsi dəfələrlə azalıb
Azərbaycanda yoxsulluq səviyyəsi 10 dəfə azalıb.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanla BMT arasında növbəti beş il üçün əməkdaşlığının prioritet sahələrinin təyin edilməsinə həsr olunmuş konfrans zamanı deyib.
Nazirin sözlərinə görə, 2001-ci ildə Azərbaycanda əhalinin 49 faizi yoxsulluq həddindən aşağıda yaşayırdı, bu gün isə bu göstərici 5 faizdən aşağıdır.
M.Cabbarov qeyd edib ki, 2016-cı ildə yaradılmış Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Koordinasiya Şurası 17 prioritet hədəf və 88 hədəf göstəricisi seçib: "Dayanıqlı İnkişaf Məqsədlərinin milli prioritetlərə uyğunluğunun müəyyən edilməsi üçün operativ kompleks qiymətləndirmə keçirilib və bunun nəticəsində uyğunluq 70 faiz səviyyəsində müəyyən edilib”.

banner

Oxşar Xəbərlər