AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Metro kartlarında yenilik gözlənilir

Metro kartlarında yenilik gözlənilir

İqtisadiyyat
13 Sentyabr 2013, 15:19 1011
Bakı Metropolitenində gediş haqlarının ödənilməsi üçün ikiçipli kartlar tətbiq oluna bilər. Yeni kartların bir üzü metroda, başa üzü isə digər nəqliyyat obyektlərində gediş haqlarının ödənilməsi üçün istifadə olunacaq. Bunu «APA-Economics»ə metropolitenin inşaat üzrə rəis müavini Rizvan Bayramov bildirib.

Onun sözlərinə görə, quruma vahid kart sisteminin tətbiqi ilə bağlı bir sıra ictimai qurumlardan sorğu daxil olub: «Biz onlara bu versiyanı təklif etdik. Hazırda məsələ ilə bağlı danışıqlar gedir. Vahid qərar qəbul olunandan sonra o, nəticə hamıya açıqlanacaq».

R.Bayramov nəqliyyatda tətbiqi nəzərdə tutulan vahid kartların metroda da istifadə olunması məsələsinə münasibət bildirərkən deyib ki, bu, ancaq yerüstü nəqliyyatın metro ilə eyni səviyyədə, eyni dəqiqliklə işləyə biləcəyi halda mümkün ola bilər.