AZE | RUS | ENG |


LTE tezlik bölgüsü cədvəlinin layihəsi hazırlanıb

LTE tezlik bölgüsü cədvəlinin layihəsi hazırlanıb
Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsində nəzərdə tutulmuş mobil infrastruktura investisiya qoyuluşlarının artırılması ilə bağlı 2017-ci ildə nəzərdə tutulmuş qaydada iş aparılmayıb.
 
"APA-Economics" xəbər verir ki, bu barədə strateji yol xəritəsinin yanvar-iyun aylarını əhatə edən monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

Planlaşdırılmış tədbirlərdən biri LTE bölgüsünün effektiv həyata keçirilməsi üçün müvafiq qaydaların hazırlanması və prosedurların müəyyən edilməsidir ki, tədbirin icrasına başlanılmayıb. Burada əsas icraçı qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, digər icraçı qurumlar isə İqtisadiyyat və Ədliyyə nazirlikləridir. Əlaqələndirici qurum tərəfindən təqdim olunan məlumatlardan məlum olur ki, prioritet istiqamət çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrasının təmin olunması üzrə işçi qrup yaradılıb, məsul şəxs müəyyən edilib.

TV və radio yayımçıları tərəfindən LTE tezlik bölgüsü cədvəlində qeyd olunan radiotezliklərdən istifadə etməklə həyata keçirilən yayımların digər TV kanallara keçirilməsi üzrə təkliflər hazırlanıb. Mobil rabitə xidmətlərində tezliklərin koordinasiyası üzrə Azərbaycan ilə Rusiya, İran, Gürcüstan, Türkiyə arasında imzalanmış birgə protokollara uyğun olaraq həmin ölkələrin aidiyyəti mütəxəssisləri ilə mütəmadi görüşlər keçirilir. İran tərəfindən yaradılan radiomaneələrin aradan qaldırılması üçün İran tərəfinə, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqına məktublar göndərilib. Növbəti görüşdə LTE xidmətinin maneəsiz istifadəsinə şərait yaradılması ilə bağlı müvafiq təkliflər hazırlanaq həmin ölkənin nümayəndələrinə təqdim ediləcək.
 
700-800 MHs tezlikləri də nəzərə alınmaqla LTE tezlik bölgüsü cədvəlinin layihəsi hazırlanıb və hazırda razılaşdırma mərhələsindədir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6280
GBP 1 İngilis funt sterlinqi 2.2440
TRY 1 Türk lirəsi 0.4395
KWD 1 Küveyt dinarı 5.6270
SEK 1 İsveç kronu 0.2015
EUR 1 Avro 1.9941
CHF 1 İsveçrə frankı 1.7189
USD 1 ABŞ dolları 1.7002