• cümə, 26 Aprel, 12:40
  • Baku Bakı 23°C

Lənkəranda baramaçılığın yenidən dirçəldilməsi istiqamətində tədbirlər həyata keçirilir

04.12.16 19:31 1158
Lənkəranda baramaçılığın yenidən dirçəldilməsi istiqamətində tədbirlər həyata keçirilir
Bir vaxtlar Azərbaycanda kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün dövlətimizin başçısının tapşırığına əsasən, ardıcıl tədbirlər həyata keçirilir.
AZƏRTACxəbər verir ki, Lənkəran rayonunda da baramaçılığın yenidən dirçəldilməsi istiqamətində mühüm işlər görülür.
Rayon kənd təsərrüfatı idarəsinin rəisi Tofiq Rzayev bildirib ki, 1991-ci ildə Lənkəranda 49 ton barama istehsal olunub. Sonrakı illərdə bu gəlirli sahə tamamilə unululub. Prezident İlham Əliyevin ölkəmizdə ixracyönümlü məhsulların, o cümlədən baramaçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən, bu ildən Lənkəran rayonunda da bu sahəyə ciddi diqqət göstərilir. Çindən ölkəmizə gətirilmiş tinglərdən yeni tut bağlarının salınır, köhnə bağlarda bərpa işləri aparılır. Bu il rayonda 40 min tut tinginin əkilməsi nəzərdə tutulur. Əkin aparılacaq sahələrdə şumlama, hamarlama işləri başa çatdırılıb.
Artıq bir neçə gündür rayonun yaşayış məntəqələrində, o cümlədən İstisu qəsəbəsindəki "Yaşıl çay” fermer təsərrüfatında tut tinglərinin əkininə başlanılıb.
Fermer təsərrüfatının rəhbəri Araz Yağubov bildirib ki, tut ağacları əkiləcək sahələr yüksək aqrotexniki qaydada hazırlanıb. Əkinin birinci günündə 3 minə yaxın ting aqrotexniki qaydalara uyğun əkilib. Ümümilikdə isə təsərrüfatda 5 min tut tinginin əkilməsi nəzərdə tutulub.
Çoxprofilli təsərrüfat olan "Yaşıl çay”da çayçılıq, heyvandarlıq, tərəvəzçilk və digər sahələr də uğurla inkişaf etdirilir.
Hazırda rayonda tut tinglərinin əkini davam edir.
banner

Oxşar Xəbərlər