• çərşənbə axşamı, 19 mart, 07:51
  • Baku Bakı 8°C

Kürdə yenə biogen maddələrin miqdarı normadan artıq olub

17.05.17 10:20 702
Kürdə yenə biogen maddələrin miqdarı normadan artıq olub
May ayının birinci 10 günlüyü üçün Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb. Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən verilən məlumata görə, may ayının birinci ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının üçüncü ongünlüyünə nisbətən 55 m3/san artaraq 417 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.8, Ağstafaçayda 3.6, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Aprel ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.4, I Şahsevəndə 1.3, Bəhramtəpədə isə 2 dəfə YVQH-ni keçib.
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.89-8 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
banner

Oxşar Xəbərlər