• cümə, 26 Aprel, 05:26
  • Baku Bakı 16°C

Koronavirusun ən çox yayıldığı ölkələrdə təhlükə artır

27.06.20 14:45 509
Koronavirusun ən çox yayıldığı ölkələrdə təhlükə artır
Dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı9 904 963-ə çatıb.
Bu barədə "Report” ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər verir.
Bildirilir ki, koronavirusun aşkarlandığı ölkələrdə pandemiya ərzində təhlükəli virusdan ölənlərin sayı4 96 866nəfərə yüksəlib. Bununla yanaşı, virusa yoluxmuş5 357 840pasiyent sağalıb.
Dünyada koronavirusa yoluxma hallarının sayına görə əvvəlki kimi ABŞ liderdir. Birləşmiş Ştatlarda2 552 956insan COVID-19 xəstəsi kimi qeydə alınıb, ölənlərin sayı127 640nəfərə çatır.
Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Cənubi Amerika ölkəsində virusa1 280 054insan yoluxub, virusdan vəfat edənlərin sayı56 109nəfərə yüksəlib.
Qonşu Rusiya koronavirusun yayılması baxımından siyahıda üçüncü yerdədir. Bu ölkədə COVID-10-a620 794yoluxma qeydə alınıb,8 781nəfər ölüb.
Hindistan da koronavirus pandemiya baxımından ən çox təhlükəli ölkələr siyahısında yer alıb. Cənubi Asiyanın bu ölkəsində509 446insan virus daşıyıcısı kimi qeydiyyata alınıb,15 689nəfər ölüb.
Böyük Britaniya pandemiya baxımından ən təhlükəli ölkələrin ilk beşliyinə daxildir. Birləşmiş Krallıqda COVID-19-a309 360yoluxma aşkarlanıb. Eynu zamanda43 414pasiyentin həyatını xilas etmək mümkün olmayıb.
Koronavirus pandemiyasının ən çox yayılması ilə bağlı siyahıda İspaniya, Peru, Çili, İtaliya, İran, Meksika, Pakistan, Türkiyənin, Almaniyanın da adları var. Bu ölkələrdə190 mindən çox insanın koronavirus testi müsbət çıxıb. Dünyada hər milyon nəfərə yoluxma sayına görə Ermənistan birinci yerdədir.
Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
banner

Oxşar Xəbərlər