• şənbə, 27 Aprel, 00:11
  • Baku Bakı 14°C

Koronavirusla bağlı xüsusi sayt yaradıldı

24.03.20 14:30 1317
Koronavirusla bağlı xüsusi sayt yaradıldı
İnternetdə COVID-19 virusundan ölmə ehtimalını hesablayan "Corona Don’t Panic” saytı işə düşüb.
"Report” xəbər verir ki, layihənin məqsədi koronavirus ətrafında təşvişi səngitməkdir.
Saytda yaş, cins, ölkə və mümkün ola biləcək xəstəliklər (ürək-damar, onkoloji, respirator və s.) barədə məlumat yerləşdirmək olar. Alınmış nəticələr koronavirusdan başqa bir çox şeydən (məsələn suda boğulma) ölmə ehtimalı ilə müqayisə edilir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus180-dən çoxölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı332 930-açatıb. Bunların bir qismisağalıb,14,5mindən çox insanölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-dəinfeksiyanın adınıCOVID-19 qoyub, martın 11-də isə koronavirusupandemiya elan edib.
banner

Oxşar Xəbərlər