Koronavirus dünya iqtisadiyyatına 4 trilyon dollar ziyan vura bilər
Koronavirus epidemiyası dünya iqtisadiyyatına 4,1
trilyon dollarlıq ziyan vura bilər.
"Kaspi”
xəbər verir ki, bu xəbərdarlıqla Asiya İnkişaf Bankı çıxış edib. "Bu proqnozlaşdırılan təsir daha az ola bilər,
çünki mümkün sosial və maliyyə böhranları, səhiyyə və təhsilə uzunmüddətli
təsirlər bu təhlilə daxil deyil”,– AİB vurğulayır.
Manilada mənzillənən bank bildirir ki,
epidemiyanın qarşısı daha qısa müddətə alınarsa, itkilər 2 trilyon dollar
salına bilər. Böhran səhm bazarlarında təlatüm yaradıb, treyderlər dünya
iqtisadiyyatına uzunmüddətli təsirdən narahatdırlar. Hökumətlər və mərkəzi
banklar isə 5 trilyon dollardan artıq stimul paketləri təklif edirlər. Artıq
dünyada COVID-19-a yoluxma halları bir milyonu keçib, onminlərlə adam dünyasını
dəyişib, xəstəliyin sürətlə yayılması nəticəsində rəqəmlərin şişəcəyi ilə bağlı
xəbərdarlıqlar edilir. Dünyada milyardlarla insan karantin şəraitində yaşayır,
iqtisadiyyatlarda durğunluq yaşanır. AİB Asiyada bu il 2,2 faiz iqtisadi artım
olacağını proqnozlaşdırır, 1998-ci ildə Asiyada maliyyə böhranı zamanı 1,7
faizlik artım qeydə alınmışdı.
"Heç kəs COVID-19
pandemiyasının nə dərəcədə yayılacağını deyə bilməz, onun qarşısının alınması
isə proqnozlaşdırıldığından daha uzun çəkə bilər”,– AİB-in baş iqtisadçısıYasuyuki Savadasöyləyib. "Kəskin
maliyyə çaxnaşması və maliyyə böhranlarının mümkünlüyü gözardı olunmamalıdır”,– o əlavə edib.
İlkin
proqnozlara görə, koronavirus epidemiyasının qarşısı bu il alınacaq və 2021-ci
ildən planetdə həyat normal axarına qayıdacaq. Amma "Frans Pres” yazır ki,
xəstəliyin əlavə olaraq baş qaldırması potensialı da qalır və pandemiyanın sərtliyi
hələ qeyri-müəyyəndir. "Nəticələr proqnozdan
daha pis ola, artım sürətlə bərpa olunmaya bilər”,– deyə bank vurğulayır. AİB-in proqnozuna
görə, regionun ən böyük iqtisadiyyatı olan Çində bu il artım ötənilki 6,1
faizdən 2,3 faizə düşə, 2021-ci ildə normallaşa bilər. AİB Çinin ÜDM-nin 5
faizə yaxınının, yaxud 628 milyard dollarının itirilə
biləcəyini qeyd edir.