AZE | RUS | ENG |


Komitə sədri: “Senat Tillersonu dövlət katibi vəzifəsinə təsdiqləyəcək”

Komitə sədri: “Senat Tillersonu dövlət katibi vəzifəsinə təsdiqləyəcək”
ABŞ Senatı Reks Tillersonu dövlət katibi vəzifəsinə təsdiqləyəcək.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin sədri Bob Korker bəyan edib.
 
"Çox güman ki, Senat Tillersonu dövlət katibi vəzifəsinə təsdiqləyəcək”, deyə B.Korker bildirib.
 
ABŞ-da dövlət katibini prezident Senatın razılığı ilə təyin edir. Bu gün Senatda "ExxonMobil” şirkətinin sabiq  başçısı Reks Tillersonun ABŞ dövlət katibi vəzifəsinə namizədliyinin təsdiq edilməsinə dair dinləmələr keçirilib.
 
Reks Tillerson 90-cı illərdə "ExxonMobil” şirkətinin Rusiyadakı layihələrinə rəhbərlik edib, 2011-ci ildə "Rosneft” şirkəti ilə Arktika şelfində  neft yataqlarının birgə işlənməsinə dair saziş imzalayıb.
 
R.Tillerson 2013-cü ildə Rusiyanın "Dostluq” ordeni ilə təltif edilib.  "ExxonMobil” şirkətinin rəhbəri vəzifəsində Rusiyaya qarşı sanksiyaların əsas əleyhdarlarından olub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6567
GBP 1 İngilis funt sterlinqi 2.1552
TRY 1 Türk lirəsi 0.4788
KWD 1 Küveyt dinarı 5.6845
SEK 1 İsveç kronu 0.1949
EUR 1 Avro 1.8425
CHF 1 İsveçrə frankı 1.7304
USD 1 ABŞ dolları 1.7352