AZE | RUS | ENG |


Komitə sədri Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku ilə görüşüb

Komitə sədri Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Rumıniyanın ölkəmizdəki səfiri Dan İankunu qəbul edib. Görüş zamanı Mübariz Qurbanlı iki ölkə arasında tarixi münasibətlərin hər zaman yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Komitə sədri bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən  sonra tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, yəhudi və xristian məbədlərinin bərpası və təmiri, o cümlədən regionda ən böyük sinaqoqun inşası Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəriciləridir.  "Multikulturalizm ili” çərçivəsində ölkədə həyata keçirilən tədbirlərdən danışan Mübariz Qurbanlı Azərbaycanın ənənəvi multikultural və tolerant dəyərlərə malik ölkə olduğunu, burada tarixən müxtəlif xalqlar və dinlərə mənsub insanların qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində birgə yaşadığını xüsusi vurğulayıb. O qeyd edib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, dini etiqadından asılı olmayaraq bütün vətəndaşlara dövlət tərəfindən diqqət və qayğı göstərilir, müsəlman dini icmalarla yanaşı, qeyri-müsəlman dini icmaların fəaliyyətinin və dini maarifçilik işinin genişləndirilməsi üçün dövlət tərəfindən maliyyə yardımı ayrılır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində cəmiyyətimizdə daha da inkişaf edən multikultural və tolerantlıq ənənələri dünyada örnəyə çevrilib. Hazırda ölkə ərazisində məscidlərlə yanaşı, 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

Komitə sədri bildirib ki, Azərbaycan  bölgədə müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdür. Eyni zamanda, İslam ölkələri arasıda qarşılıqlı əlaqələrin genişlənməsi üçün ölkəmiz  mühüm addımlar atır və təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ili ölkəmizdə "İslam həmrəyliyi ili” elan edib.

Səfir Dan İanku ölkəmizdəki multikultural və tolerant mühitin şahidi olduğunu deyib. Azərbaycanda tolerantlıq ənənələrinin böyük tarixi olduğunu qeyd edən Dan İanku Roma Papası Fransiskin, İsrailin Baş naziri Benyamin Netanyahunun ölkəmizə səfərini Azərbaycanda tolerantlığa, müxtəlifliyə, harmoniyaya ehtiramın əməli ifadəsi kimi dəyərləndirib. Diplomat dünyada sünni-şiə məsələsinin süni şəkildə qabardıldığı bir zamanda Azərbaycanda vəhdət namazının qılınması ilə bütün dünya üçün olduqca gözəl örnəyin əsasının qoyulduğunu xüsusilə vurğulayıb.

Görüş zamanı Mübariz Qurbanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək erməni vandalizmi nəticəsində yüzlərlə tarixi-dini abidənin məhv edildiyini səfirin diqqətinə çatdırıb  və Komitə tərəfindən nəşr olunmuş kitabları səfirə hədiyyə edib.

Səmimi şəraitdə keçən görüş zamanı hər iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.​


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.6942
GBP 1 İngilis funt sterlinqi 2.1858
TRY 1 Türk lirəsi 0.4759
KWD 1 Küveyt dinarı 5.5856
SEK 1 İsveç kronu 0.1942
EUR 1 Avro 1.8627
CHF 1 İsveçrə frankı 1.7155
USD 1 ABŞ dolları 1.7025