• cümə, 26 Aprel, 09:19
  • Baku Bakı 12°C

Izmirdə Xəzər regionu ilə bağlı konfrans keçirilib

13.11.17 15:05 587
Izmirdə Xəzər regionu ilə bağlı konfrans keçirilib
Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən "Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi”nin və Dokuz Eylül Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin təşkilatçılığı ilə "Demoqrafik inkişaf və Xəzər dənizi kontekstində türkcə danışan ölkələr" adlı konfrans keçirilib. Redaksiyamıza bu barədə dərnəyin rəhbəri Asif Kurban məlumat verib. O, bildirib ki, tədbirdə çıxış edən Dokuz Eylül Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin dekan müavini Kamil Tüğen Türkiyə və Azərbaycan, eləcə də 1980-ci illərin əvvəllərindən Bakı və İzmir arasındakı qardaşlıq əlaqələrindən danışıb. Dünyanın qlabol enerji resurslarının Xəzər regionunda yerləşməsinin əhəmiyyətini vurğulayan natiq ölkələrimiz arasında qarşılıqlı əlaqələrin genişlənməsini inkişafın mühüm amili adlandırıb.
Bölüm rəhbəri dosent Nevzat Şimşək dünya iqtisadiyyatının inkişafında enerji resurslarının rolundan danışıb, indiki vaxtda, Türkiyənin türk dilli ölkələrlə iqtisadi, mədəni və ticarət əlaqələrinin zəruriliyini diqqətə çatdırıb.
Konfransda iştirak edən azərbaycanlı alimlərin çıxışları da maraqla qarşılanıb. Azərbaycan Dövlət İdarəçilik Akademiyasının dekanı Çingiz İsmayılov "Azərbaycanın tarixi və iqtisadiyyat”, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdüri Zakir Eminov "XX əsrdə demoqrafik dəyişiklik, qadınların rolu və miqrasiya məsələsi” ilə bağlı çıxış ediblər.
banner

Oxşar Xəbərlər