İRƏLİ” İctimai Birliyi Velo yürüş təşkil edəcək
İRƏLİ”
İctimai Birliyi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən
dövlət gənclər siyasətini dəstəkləyir, bu siyasətin inkişafında yaxından
iştirak edən gənclər təşkilatı olaraq fəaliyyət göstərir. "İRƏLİ” İctimai
Birliyi gənclərin fəaliyyətlərini stimullaşdıran, ölkə maraqlarını qoruyan və gənclər
siyasətinin inkişafında yaxından iştirak edən gənclər təşkilatdır.
Xalqımız
uzun illərdən bəri həsrətin çəkdiyi azadlığına
qovuşmasının artıq 25 illiyini qeyd edəcək. Müstəqilliyimiz əbədidir, dönməzdir,
sarsılmazdır. Müstəqillik, azadlıq müqəddəs nemətdir. Xalqımız bu günün yolunu
illərlə gözləyib, mübarizə aparıb, minlərlə şəhid verib. Özləri bir salnamə,
tarix yaratmağa qadir olan, bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi dühalar
isə bu müstəqilliyi elə dediyi kimi sarsılmaz, əbədi etdi."İRƏLİ” İctimai Birliyi, gənclər üçün faydalı olan velo yürüşü bu il də, Azərbaycanın şöhrətli günlərindən hesab olunan Müstəqillik gününə həsr edəcək.
"İRƏLİ” İctimai Birliyi, Azərbaycan Velosiped İdman Federasiyasının və Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının təşkilatı dəstəyi ilə "Azərbaycan Dövlət Müstəqillik" gününə həsr olunmuş velo yürüş keçiriləcək. 23 oktyabr saat 11:00-da baş tutacaq "Azərbaycan Dövlət Müstəqilliyi Günü” Velo yürüşü Bayraq meydanında start götürəcək və Heydər Əliyev Mərkəzində başa çatacaq.
Qeyd: Velo yürüşdə iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olub, qeydiyyatdan keçə bilərlər.
https://www.facebook.com/events/1845388515680497/?active_tab=about