AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İranın Naxçıvandakı baş konsulu: Naxçıvan MR Naxçıvan-Məşhəd dəmir yolunun istifadəyə verilməsinə hazırdır

İranın Naxçıvandakı baş konsulu: Naxçıvan MR Naxçıvan-Məşhəd dəmir yolunun istifadəyə verilməsinə hazırdır

İqtisadiyyat
23 Oktyabr 2016, 11:44 763
İran ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat, tibb, gömrük, standartlaşdırma, tranzit, nəqliyyat sahələrində əməkdaşlığı ötən iki ildə qarşılıqlı əlaqələrin əsas hissəsini özündə ehtiva edən önəmli sahələrdir.
 
APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, bunu İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrım bildirib.
 
Baş konsul Naxçıvan tərəfinin Naxçıvan-Məşhəd dəmir yolunun istifadəyə verilməsinə hazır olduğunu qeyd edib. O əlavə edib ki, İran tərəfinin hazır olması ilə İran və Azərbaycan Respublikası vətəndaşlarının gediş-gəlişinin artmasına səbəb olacaq bu dəmir yolunun açılış mərasimi keçiriləcək.