• şənbə, 27 Aprel, 05:27
  • Baku Bakı 14°C

İrandan qayıdan iki Azərbaycan vətəndaşında koronavirus aşkarlandı

29.02.20 15:37 626
İrandan qayıdan iki Azərbaycan vətəndaşında koronavirus aşkarlandı
İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib. Müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatında deyilir.
Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir.
Digər yoluxma hallarının aşkarlanması ilə bağlı həmin xəstələrin kontaktlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Qeyd edək ki, virusa yoluxan şəxslərdən biri 17.06.1973 təvəllüdlü Azərbaycan vətəndaşıdır. O, 26.02.20 tarixində xəstəxanaya yerləşdirilməzdən əvvəl 1 gün Tehranda, 3 gün Təbrizdə olub.
Virusa yoluxan digər Azərbaycan vətəndaşı isə 29.04.1998 təvəllüdlüdür. O da 26.02.2020 tarixdə xəstəxanaya daxil olub. Azərbaycana Qum şəhərindən gəlib.
Bununla da Azərbaycanda koronavirusa yoluxma faktı təsdiqlənən şəxslərin sayı 3 olub.
banner

Oxşar Xəbərlər