“İnsan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi” mövzusunda təlimlər keçirilib
Azərbaycan Respublikasının İnsan
alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının (2014-2018-ci
illər) "Təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq
əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində
maarifləndirmə tədbirlərinin davam etdirilməsi”bəndinin icrası məqsədilə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi tərəfindəncari ilin aprel ayında Dövlət Gömrük
Komitəsinin Akademiyasında və Bakı şəhərinin Səbail, Suraxanı rayonları üzrə ümumtəhsil müəssisələrində tələbə və şagirdlərin (8-11-ci sinif) iştirakı ilə "İnsan alveri və uşaq əməyinin
istismarı ilə bağlı təhlükələrdən müdafiəsi” mövzusu üzrə maarifləndirici təlimlər keçirilib.
Təlimdə Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin, Daxili İşlər Nazirliyinin İnsan Alverinə
qarşı Mübarizə İdarəsinin və"Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyininəməkdaşları təlimçi qismində iştirak
ediblər.
Təlim zamanı uşaq hüquqlarınınmüdafiəsi,
insan alveri anlayışı, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və
mübarizə üsulları, onların sosial və hüquqi müdafiəsi, eyni zamanda
narkomaniyanın zərərləri, insan alverinin qarşısının alınmasına dair tələbələr
və şagirdlərə ətraflı məlumatlar çatdırılıb. Bununla yanaşı, iştirakçılara
insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri
qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və
təşkilati əsasları ilə bağlı maarifləndirici məlumatlar verilib.
Sonda mövzu ətrafında
müzakirələr aparılıb və iştirakçılara maarifləndirici çap materialları təqdim
edilib.