• cümə, 26 Aprel, 18:35
  • Baku Bakı 22°C

İndiyədək Ceyhandan dünya bazarına çıxarılan Azərbaycan neftinin həcmi açıqlanıb

05.07.17 12:10 832
İndiyədək Ceyhandan dünya bazarına çıxarılan Azərbaycan neftinin həcmi açıqlanıb
2017-ci ilin iyun ayı ərzində 2 mln. 15,323 min ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu həcmin 1 mln. 429,248 min tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Cari ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 12 mln. 290,851 min ton təşkil edib.
Ümumiyyətlə,Bakı-Tbilisi-Ceyhan(BTC) boru kəməri istismara verilən gündən 2017-ci il iyul ayının 1-ə qədər Ceyhan limanından 332 mln. 125,450 min ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
banner

Oxşar Xəbərlər