• cümə, 26 Aprel, 23:04
  • Baku Bakı 22°C

İlon Mask yeni şəhər qurur

03.03.21 10:15 359
İlon Mask yeni şəhər qurur
Amerikalı milyarder, "Tesla” və "SpaceX” şirkətlərinin təsisçisi İlon Mask ABŞ-ın Texas ştatında yeni şəhər yaradır.
APAxəbər verir ki, Mask bu barədə öz "Twitter” səhifəsində "Texas, Starbeyz şəhərini qururam”, - yazıb.
Sahibkar şəhərin "SpaceX” kosmodromunun yerləşdiyi Boka-Çika kəndindən daha böyük bir əraziyə sahib olacağını bildirib. Bundan başqa, Mask qeyd edib ki, bu şəhərdə itlərlə "çox” yaxşı rəftar olunacaq və onun rəhbəri "doja” (İtalyancadan "doge” sözünü xatırladan, ingilis dilində "dog” - it) titulunu daşıyacaq.
Ötən ilin sonlarında İ.Mask Kaliforniyadan Texasa köçdüyünü açıqlayıb.
banner

Oxşar Xəbərlər