• cümə axşamı, 02 may, 01:41
  • Baku Bakı 15°C

İki rayonda qaz olmayacaq

28.08.13 11:00 1353
İki rayonda qaz olmayacaq
Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar avqustun 28-də saat 15:00-dək «Zərdab» qazpaylayıcı stansiyası, avqustun 28-29-da isə «Şirvan» QPS-dən qidalanan «Hacıqəhrəmanlı» və «Şirvan sənaye» ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Zərdab şəhəri də daxil olmaqla, rayonun bütün yaşayış məntəqələrinə və Şirvanın Hacıqəhrəmanlı qəsəbəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.
banner

Oxşar Xəbərlər