• şənbə, 27 Aprel, 01:33
  • Baku Bakı 14°C

İki aylıq azalmanın ardınca Mərkəzi Bankın ehtiyatları artıb

05.12.16 09:01 725
İki aylıq azalmanın ardınca Mərkəzi Bankın ehtiyatları artıb
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmində artım müşahidə olunur.
"APA-Economics"AMB-nin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2016-cı il noyabr ayının 30-a tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi4,011 mlrd. dollar təşkil edibki, bu da oktyabr ayı ilə müqayisədə0,14% və ya 5,5 mln. dollar çoxdur.Noyabrayının1-ə tənzimləyicinin tənzimləyicinin ehtiyatları 4 mlrd. 5,5 mln. dollar təşkil edib.
Qeyd edək ki, noyabradək AMB-nin valyuta ehtiyatlarının həcmində iki ay ard-arda azalma müşahidə olunub.
Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində35,78% və ya 2 mlrd.234,6 mln. dollar azalma olub.
banner

Oxşar Xəbərlər